Heydər Əliyevin 100 illiyinə həsr olunan “Azərbaycan deyəndə...” Gənclər Konfransının açılış mərasimi keçirilib

Heydər Əliyevin 100 illiyinə həsr olunan “Azərbaycan deyəndə...” Gənclər Konfransının açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Azərbaycan deyəndə...” Gənclər Konfransının açılış mərasimi keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, Bakı Gənclər Mərkəzində baş tutan tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru Fərid Hacıyev və sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirilib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İndira Hacıyeva Heydər Əliyevin ideyalarının hazırda da davam etdiyini söyləyib: “Çox sevinirəm ki, gəncliyimiz müasir Azərbaycanın banisi Heydər Əliyevi xatırlayır. Ulu Öndər 20 ildir ki, bizimlə yoxdur. Böyük şəxsiyyətlə eyni zamanda yaşamaq fərəh hissidir”.

Nazir müavini Ümummilli Liderin gəncliyə də çox böyük önəm verdiyini söyləyib: “Azərbaycan gəncliyinə uğurlar arzulayıram. Xalqımız var olduqca Heydər Əliyev yaşayacaq”.

Fərid Cəfərov Ulu Öndərin gənclərin problemlərinin həllində, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunmasında böyük rolunun olduğunu vurğulayıb. O, bugünkü müasir gəncliyin əldə olunan zəfər və uğurlara görə Heydər Əliyevin təməlini qoyduğu siyasi xəttə borclu olduğu diqqətə çatdırıb: “Ulu Öndər hər zaman gənclərə xüsusi qayğı göstərib. Prezident İlham Əliyev onun siyasətini davam etdirir. Heydər Əliyev Qarabağın azad olunmasını istəyirdi. Bu da artıq gerçəkləşib”.

Daha sonra Ulu Öndər Heydər Əliyevlə bağlı videoçarx nümayiş olunub.

Son olaraq Misir Mərdanov gənclərə Heydər Əliyevlə bağlı xatirələrini danışıb.

Gənclər Konfransının ikinci yarısında iştirakçılara Heydər Əliyevin gənclərlə bağlı fikirlərinə əsaslanan İdeyaton tapşırığı verilib. Onların hazırladıqları ideya və təklif təqdimatları dinləniləcək. Uğurlu hesab edilən layihənin reallaşdırılması üçün dəstəyin göstərilməsi nəzərdə tutulub.

Fərdi
Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Fərdi
Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Fərdi
Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Fərdi
Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərdi
Dünya çempionatı: Azərbaycanın cüdo millisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın cüdo millisi finala yüksəlib

Fərdi
Dünya rekordçusu karyerasını bərpa edir

Dünya rekordçusu karyerasını bərpa edir

Fərdi
"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

Fərdi
Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

Fərdi
Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Fərdi
Azərbaycan cüdoçularının 2022-ci ildə qazandıqları medal sayı açıqlanıb

Azərbaycan cüdoçularının 2022-ci ildə qazandıqları medal sayı açıqlanıb

Fərdi
Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar