Hazem Hösni: "Bakıdakı Dünya Kubokunda hansısa şikayətlə qarşılaşmamışıq" - MÜSAHİBƏ

Hazem Hösni: "Bakıdakı Dünya Kubokunda hansısa şikayətlə qarşılaşmamışıq" - MÜSAHİBƏ

Bakı Atılıq Mərkəzində keçirilən “Dünya Kuboku 2023”də fəxri qonaq qismində Hazem Hösni də iştirak edir.

"Report"un məlumatına görə, Beynəlxalq İdman Atıcılıq Federasiyasının İdarə Heyətinin üzvü yerli mətbuata müsahibəsində məlum yarışla bağlı söz açıb, gələcəklə bağlı planlardan danışıb.

- Dünya Kuboku və burada yaradılan şəraitlə bağlı fikirlərinizi eşitmək maraqlıdır...
- Bakı Atıcılıq Mərkəzi dünyada ən yaxşı mərkəzlərdən biridir. Bura mötəbər yarışlar keçirmək üçün kifayət qədər uyğun məkandır. Dünya Kubokunda 60-dan çox ölkə, 600-dən çox atlet iştirak edir. Bu, o deməkdir ki, komandalar Azərbaycana gəlib bu cür turnirdə iştirak etməyə can atır. Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmisi olaraq bura gələn qonaqlarla söhbətdə Azərbaycan haqda yalnız xoş sözlər eşidirəm. Həm ölkəni, həm insanları, həm də infrastrukturu bəyənirlər.

- Dünya Kuboku ilə bağlı ortaya hansısa əngəllər çıxır?
- İndiyə qədər ciddi mənada hansısa əngələ rast gəlməmişəm. Atletlərin qarşılanması, yarışların təşkili və keçirilməsi, onlara göstərilən münasibət yüksək səviyyədədir. İştirakçıların ölkəyə daxil olması prosesində müəyyən gecikmələr yaşanır ki, işin asanlaşması üçün Miqrasiya Xidmətinin beynəlxalq yarışları nəzərə alması çempionatın keçirilməsinə əlavə dəyər qatar. Yarışın yüksək səviyyədə təşkil olunmasında Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərovun əməyini xüsusi qiymətləndirməliyəm. O, atəş meydanlarının təməl dayaqlarından biridir. Ümumiyyətlə, yerli federasiya işlərin mütəşəkkil şəkildə həyata keçməsini təmin edir. Neçə gündür buradayam və təşkilatçılığın hansı şəkildə görüldüyünün canlı şahidiyəm.

- Atletlər və məşqçilər əsasən nədən şikayət edir?
- Bu günə qədər hansısa şikayətlə qarşılaşmamışıq. Atletlər yarışda uğurlu nəticə qazanmaq üçün əlindən gələnin ən yaxşısını edir.

- Yüksək səviyyəli yarışları problemsiz başa vurmaq üçün hansı sahələri təkmilləşdirmək lazımdır?
- Ən yüksək səviyyəyə çatmaq üçün daha çox səy göstərmək, təkmilləşdirmək lazımdır. Hər keçirilən yarış ölkə adına yeni təcrübədir. Vaxt ötdükcə kiçik problemlər də aradan qaldırılacaq. Təkmilləşdirmək deyəndə , insanların mötəbət yarışları fərqli prespektivlərdə görə bilmələrini nəzərdə tuturam.

- Qaydalarda əlavə və dəyişikliklər gözlənilir?
- Vaxtaşırı texniki iclaslar keçirilir. Həmin iclaslarda atletlər və hakimlərlə şəxsən söhbət edirəm. Qaydalarda hansısa dəyişikliklər olmalıdırsa, biz bu barədə qərar qəbul edirik. Atletlər də dəyişikliklərlə bağlı məlumatlandırılır. Bu, yeni qaydalarla keçirdiyimiz ilk yarışdır. Elə etməliyik ki, Dünya Kuboku qüsursuz keçsin.

- Qarışıq komanda növündə finalda Çinin iki komandası qarşılaşdı. Həlledici görüşdə eyni ölkənin iki komandasının üz-üzə gəlməsinə münasibətiniz necədir və buna dünya təcrübəsində rast gəlinirmi?
- Qaydalara görə hər ölkədən iki komandanın iştirakına icazə verilir. Və həmin komandaların hər ikisi finala yüksəlibsə, burada təəccüblü heç nə yoxdur. Bir həftə öncə Misirdə stend atıcılığı üzrə Dünya Kuboku keçirilmişdi. O yarışda da eyni ölkənin iki komandası finala vəsiqə qazanmışdı. Bu, bizim üçün yenilik deyil. Bəzi ölkələr atıcılıq idman növündə irəli gedib. Belə ölkələrdə komanda sayı çox olur və belə bir vəziyyət yaranır.

- Avqustda Bakı Atıcılıq Mərkəzində dünya çempionatı təşkil olunacaq. Ölkəmiz və paytaxtımızdakı mərkəz olimpiadaya lisenziya verəcək mötəbər yarışa nə dərəcədə hazırdır?
- Bakı Atıcılıq Mərkəzini dünya çempionatına tam hazır hesab edə bilərik. Burada atletlərin rahatlığı və yarışı yüksək səviyyədə keçirmək üçün hər cür şərait var. Dünya çempionatı ilə Dünya Kuboku arasında cüzi fərqlər var. Avsqustdakı turnirə qədər zamanımız var. Bu vaxt kəsiyində sınaq mərhələləri keçirib, müsbət keyfiyyətləri müəyyənləşdiririk.

Fərdi
Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Fərdi
Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Fərdi
Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın cüdo millisi gümüş medal qazanıb

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçularından 1-i yarımfinala, 2-si 1/4 finala çıxıb

Avropa çempionatı: Azərbaycan cüdoçularından 1-i yarımfinala, 2-si 1/4 finala çıxıb

Fərdi
Azərbaycan komandası bədii gimnastika üzrə dünya çempionatında tarixi uğura imza atıb

Azərbaycan komandası bədii gimnastika üzrə dünya çempionatında tarixi uğura imza atıb

Fərdi
Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli olacaq

Azərbaycan şahmatçılarının çıxış etdiyi mundialda rapid növündə qaliblər bəlli olacaq

Fərdi
Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Fərdi
Rusiya və Belarus tennisçiləri Avstraliya Açıq çempionatına buraxılacaqlar

Rusiya və Belarus tennisçiləri Avstraliya Açıq çempionatına buraxılacaqlar

Fərdi
Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Fərdi
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb