Fərid Qayıbov: “Həyatda səhvlərim olub, bunlardan heç vaxt qorxmamışam”

Fərid Qayıbov: “Həyatda səhvlərim olub, bunlardan heç vaxt qorxmamışam”

“Həyatda səhvlərim olub, bunlardan heç vaxt qorxmamışam”.

“QELEBE.AZ”un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov “Təhsil TV”də yayımlanan “İmtahan” verilişində deyib.

“İmtahan”ın ilk buraxılışının qonağı olan nazir məktəblilərin suallarını cavablandırıb.

O, şagirdlərə səhv etməkdən qorxmamağı tövsiyə edib: “Bu o demək deyil ki, hansısa işi necə gəldi görməlisən. Hər bir işə hazırlaşmaq lazımdır. Ancaq səhv edəcəyimizdən qorxsaq, bu, uğura mane olacaq. Səhv etsəniz belə, həyat davam edir”.

O, orta məktəbdə oxuyanda riyaziyyat fənnini daha çox sevdiyini söyləyib.

F.Qayıbov bildirib ki, idman sahəsində çalışmağın əsas üstünlüklərindən biri çoxlu ölkələri gəzməkdir: “Artıq 62 ölkədə olmuşam. Bütün ölkələr maraqlıdır. İdman sahəsində olduğunuz zaman tez-tez yarışlara, tədbirlərə gedirsiniz və nəsə öyrənirsiniz. Yaxşı həyat təcrübəsidir. Hər bir ölkə gözəldir. Amma sonda Vətənə qayıdırsınız”.

Gənclər və idman naziri futbolu insan həyatına bənzədib. O, Azərbaycan futbolunun hazırkı durumuna da qiymət verib: “Bir çox idman növlərini insan həyatına bənzətmək olar. Ağlıma ilk gələn futboldur. Mən özüm futbol azarkeşiyəm. Burada dram, sevgi, bir sözlə, hər şey mövcuddur. Futbolda problemlərimiz var, bunlar göz önündədir. Əlbəttə, klub səviyyəsində nəticələrimiz var. Amma təəssüf ki, millimizdə vəziyyət ürəkaçan deyil. Bunun da səbəbləri çoxdur. Onları aradan qaldırmaq üçün milli assosiasiya, klublar tərəfindən işlər görülməlidir”.

Veriliş zamanı ümumilikdə 30 suala cavab verən Fərid Qayıbov sonda ən yaxşı sualın müəllifini mükafatlandırıb.

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirə Karlsen üzərində qələbə ilə başlayıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirə Karlsen üzərində qələbə ilə başlayıb

Fərdi
Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Fərdi
Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Fərdi
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Fərdi
Xəzər dənizində avarçəkənlərin yarışı keçiriləcək

Xəzər dənizində avarçəkənlərin yarışı keçiriləcək

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Fərdi
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Fərdi
Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək