Ağdamda sambo güləşi üzrə ölkə turniri keçirilib

Ağdamda sambo güləşi üzrə ölkə turniri keçirilib

Ağdam Olimpiya İdman Kompleksində şəhid Əhliman Ağayevin xatirəsinə həsr olunmuş sambo güləşi üzrə açıq respublika turniri keçirilib.

“QELEBE.AZ” xəbər verir ki, tədbirdə Ağdam RİH-in başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid atası, Qarabağ qazisi Hacı Əkbər Rüstəmov, dünya və Avropa çempionu İslam Qasımov, Olimpiya və Avropa Olimpiya oyunlarının hakimi Cabir İsmayılov, əməkdar məşqçi, SSRİ idman ustası, Azərbaycan əlbəyaxa döyüş liqasının təsisçi direktoru Mübariz İbrahimov, Ağdam Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Kazımov, Qarabağ Qazilər Birliyinin Ağdam filialının sədri Şamil Əbilov, Azərbaycan Sambo Federasiyasının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərliyi, qazilər, veteran idmançılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Turnirə aparıcılığı tanınmış şair Abdal Qəhrəman edib.

Samboçu şəhid Əhliman Ağayevin əkiz qardaşı, sambo üzrə beynəlxalq titullara sahib Səhliman Ağayev turnirin Ağdamda keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu qeyd edib:

“Biz Ağdam rayonunda doğulmuşuq. Qardaşımın Qarabağ müharibəsinin ilk illərində silaha sarılması hadisəsi elə bu torpaqlarda olub. Ona görə də onun doğulduğu və şəhid olduğu rayonda bu turnirin təşkil edilməsinin xüsusi əhəmiyyəti var”.

Turnir əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılara yaradılmış şəraitdən bəhs edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Yarışın sonunda qaliblər mükafatlandırılıb.

Fərdi
ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

Fərdi
Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Fərdi
Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Fərdi
Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Fərdi
Gövhər Beydullayevadan sonra Abdulla Qədimbəyli də dünya çempionu olub

Gövhər Beydullayevadan sonra Abdulla Qədimbəyli də dünya çempionu olub

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Fərdi
Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Fərdi
Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Fərdi
“Report” Azərbaycan Milli Paralimpiya Komitəsinin mükafatına layiq görülüb

“Report” Azərbaycan Milli Paralimpiya Komitəsinin mükafatına layiq görülüb

Fərdi
Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Fərdi
Şəfəq Hüseynli: "Bəzi idman federasiyaları düzgün məlumatlar vermir"

Şəfəq Hüseynli: "Bəzi idman federasiyaları düzgün məlumatlar vermir"