Ölkəmizdə cari ilin ən böyük idman hadisəsinə 100 gün qalıb

Ölkəmizdə cari ilin ən böyük idman hadisəsinə 100 gün qalıb

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatına rəsmi gerisayıma mayın 5-də start verilib.

"QELEBE.AZ" xəbər verir ki, bununla bağlı təşkil olunan tədbirdə dünya çempionatlarında Azərbaycanın qazandığı medallara görə 71 ölkə arasında 39-cu pillədə qərarlaşdığı və yığma komandamızın aktivində 5 medal olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, 2000-ci ildə Sidneydə keçirilmiş Yay Olimpiadasının qalibi, müstəqil Azərbaycanın ilk Olimpiya çempionu və dünya çempionatının qalibi olan ilk azərbaycanlı qadın kimi tarixə düşmüş Zemfira Meftahətdinova, Azərbaycanı 4 dəfə Olimpiya Oyunlarında təmsil etmiş İradə Aşumova kimi əfsanələrin ardınca yeni nəsil yetişir.

Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Z.Meftahətdinova, dünya çempionatının gümüş mükafatçısı, ikiqat Avropa çempionu, “Paris 2024” Yay Olimpiya Oyunlarına ölkəmizdə ilk və hələlik tək lisenziyaya sahib Ruslan Lunyov, dünya çempionatının bürünc mükafatçısı Nigar Nəsirova, İslam Həmrəyliyi Oyunlarının qızıl medal sahibləri Nurlana Cəfərova və Fuad Qurbanov səhnəyə dəvət olunublar.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Z.Meftahətdinova çempionatın açılış mərasiminə 100 gün qalmasının Ulu Öndərin 100 illiyi ərəfəsinə təsadüf etməsini əlamətdar hal kimi qiymətləndirib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov və digərləri iştirak ediblər.

Rəsmi hissə başa çatdıqdan sonra ölkənin tanınmış müğənnilərinin iştirakı ilə konsert proqramı, uşaq və böyüklərin atıcılıq məharətlərini nümayiş etdirmək üçün stendlər və əyləncə guşələri təşkil olunub.

Qeyd edək ki, çempionat avqustun 14-dən 20-dək Bakıda keçiriləcək. Mötəbər yarışda "Paris-2024" Yay Olimpiya Oyunlarına 48 lisenziya oynanılacaq. Olimpiadaya ən çox lisenziya məhz Bakıdakı yarışda öz sahibini tapacaq.

Fərdi
Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurub

Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurub

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini açıqlayıb

Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini açıqlayıb

Fərdi
Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

Fərdi
Göygöldə ustad dərsləri təşkil olunub

Göygöldə ustad dərsləri təşkil olunub

Fərdi
Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Fərdi
Şəkidəki ilk idman festivalından - Reportaj

Şəkidəki ilk idman festivalından - Reportaj

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Məmmədyarov Azərbaycan təmsilçiləri ilə üz-üzə gələcək

"Vüqar Həşimov Memorialı-2022": Məmmədyarov Azərbaycan təmsilçiləri ilə üz-üzə gələcək