Azərbaycan millisinin qapıçısı: “Kuboku Bakıda saxlamaq istəyirik” - MÜSAHİBƏ

Azərbaycan millisinin qapıçısı: “Kuboku Bakıda saxlamaq istəyirik” - MÜSAHİBƏ

Minifutbol üzrə Azərbaycan yığması Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə qrup mərhələsini qol buraxmadan başa vuraraq, pley-offa adlayıb.

Yığmanın turnirdə qapısından top buraxmayan yeganə komanda olmasında əsas pay sahibi qapıçı Davud Kərimidir.

Serbiya ilə keçirilən son matçın ardından “Report”un suallarını cavablandıran 39 yaşlı qolkiper hədəflərinin turniri qalib kimi başa vurmaq olduğunu söyləyib.

- Qrupun son matçında Serbiya ilə heç-heçə etdiniz (0:0). Sizcə, nəticə oyuna görə oldu?
- Çətin oyun idi. Qrupda iki güclü rəqibimizin olduğunu bilirdik. Çexiya və Serbiya kimi komandalarla eyni qrupda mübarizə aparmalı olduq. Qol buraxmadan nəticə qazanmağı bacardıq. Düzdür, üçüncü yeri tutduq, ancaq əsas odur ki, qrupdan çıxmağı bacardıq. Burada ikinci və ya üçüncü olmağın fərqi yox idi. İndi əsas mərhələ başlayır. Bizi çətin, eyni zamanda, maraqlı oyunlar gözləyir. Əvvəlcə Fransa ilə qarşılaşacağıq. Onları keçəndən sonra Serbiya ilə üz-üzə gələcəyik.

- Ancaq qələbə qazanmaqla birinci yeri də tuta bilərdiniz. Bunun üçün nə çatmadı?
- Qol vurmaq çatmadı. Uşaqlar rəqib qapısına yol tapmaq üçün əllərindən gələni etdilər, ancaq alınmadı. Qrup üçüncüsü olsaq da, finala çıxacağımıza inanıram. Avropa çempionatına da məğlubiyyətlə başlamışdıq, ancaq yekunda çempion olmuşduq.

- Qrupda qol buraxmasanız da, keçirdiyiniz 4 oyunda cəmi 4 dəfə fərqləndiniz. Bunu müsbət, yoxsa mənfi hal kimi dəyərləndirmək lazımdır?
- Oyunlarda çox qol imkanları yaradırıq. Sadəcə, top heç cür qapıdan keçmir. Rəqiblərin qapıçıları da yaxşı çıxış edirlər. Həm Serbiya, həm də Çexiya ilə matçlarda onların qapıçıları yüksək səviyyədə çıxış etdilər. Qrupdakı digər görüşlərdə isə iki cavabsız topla qalib gəlmişik. Bundan sonrakı mərhələlərdə qollarımızı vurub çempion olarıq.

- Razısınız ki, Avropa çempionu olduqdan sonra oyunlarınız daha çətin keçir?
- Tamamilə doğrudur. Rəqiblər indi bizə qarşı çox yaxşı hazırlaşırlar. Avropa çempionu olduğumuz üçün bizdən həm çəkinirlər, həm də komandamızı yüksək qiymətləndirirlər. Avropa çempionluğu adını bu turnirdə doğrultmaq, kuboku Bakıda saxlamaq istəyirik.

- Pley-off mərhələsində bu gün Fransa ilə qarşılaşacaqsınız. Budəfəki rəqib sizdə necə təəssürat yaradır?
- Baş məşqçimiz rəqibi təhlil edib. Bütün komandalar önündə bir baş üstün oynamağa çalışırıq. Çünki azarkeşlərimizin qarşısında çıxış edirik. Öz oyun üslubumuzla Fransanı qapısı qarşısında sıxıb, qələbə qazanmağa çalışacağıq.

- Qarşıda sizi dünya çempionatı gözləyir. Avropa çempionu kimi yollanacağınız yarışdan planetin ən güclüsü olaraq ayrılmaq şansınızı necə görürsünüz?
- Avropa çempionatındakı uğurumuzu mundialda da davam etdirmək istəyirik. Baş məşqçimiz komandaya 19 futbolçu cəlb edib ki, onları yoxlasın və dünya çempionatına hazırlasın. Mundialda da azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- Böyük futboldan gəlmiş biri kimi, minifutbolun özəlliyi nədir?
- Bu gün görünür ki, minifutbol daha yaxşıdır. Minifutbol son vaxtlar daha da populyarlaşıb.

- Nəticələrinizlə futbol üzrə Azərbaycan millisini artıq kölgədə qoyduğunuzu demək olar?
- Belə deməzdim. Hərəsinin öz azarkeş kütləsi var. Biz də müsbət nəticələrlə azarkeşlərimizin sayını artırmağa və onların etimadını doğrultmağa çalışırıq.

Futbol
Rusiyalı məşhur futbolçu karyerasını başa vurub

Rusiyalı məşhur futbolçu karyerasını başa vurub

Futbol
DÇ-2022: Argentina 92 ildən sonra antirekordu təkrarlayıb

DÇ-2022: Argentina 92 ildən sonra antirekordu təkrarlayıb

Futbol
2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

Futbol
PSJ Messinin əvəzləyicisini tapıb

PSJ Messinin əvəzləyicisini tapıb

Futbol
FIFA yeni turnir keçirəcək

FIFA yeni turnir keçirəcək

Futbol
"Yuventus"un yeni prezidenti bəlli olub

"Yuventus"un yeni prezidenti bəlli olub

Futbol
Murad Musayev Rusiyada oynaya biləcək azərbaycanlı futbolçuların adlarını açıqlayıb

Murad Musayev Rusiyada oynaya biləcək azərbaycanlı futbolçuların adlarını açıqlayıb

Futbol
2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

Futbol
La Liqa: “Atletik” “Xetafe” ilə heç-heçə edib

La Liqa: “Atletik” “Xetafe” ilə heç-heçə edib

Futbol
Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”

Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”

Futbol
"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

Futbol
DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

DÇ-2030 qışda və üç qitədə keçirilə bilər