Azərbaycanın ilk “Formula” pilotu: “Elə bilirəm ki, yarımçıq, tamamlanmamış bir işim qalıb”

Azərbaycanın ilk “Formula” pilotu: “Elə bilirəm ki, yarımçıq, tamamlanmamış bir işim qalıb”

“Azərbaycanın ilk və tək “Formula” pilotuyam”.

Bunu azərbaycanlı idmançı Gülhüseyn Abdullayev “Report”a açıqlamasında bildirib.

“Formula 1” üzrə Azərbaycan Qran-prisini izləmək üçün Bakı trekində olan pilot əməkdaşımızla söhbətində karyerası ilə bağlı maraqlı məqamlara toxunub.

G. Abdullayev qeyd edib ki, hazırda məşqlərə fərdi şəkildə davam edir: “Hesab edirəm ki, nə vaxtsa bir dəstək çıxsa, hazırlıqlı olum. Avtoidmanı sevirəm və hələ də elə bilirəm ki, yarımçıq, tamamlanmamış bir işim qalıb”.

1997-ci ildə Bakıda doğulduğunu bildirən G. Abdullayev karyerasına 2006-cı ildə kartinq seriyasından başladığını və ilk dəfə Türkiyə çempionatında çıxış etdiyini deyib: “Türkiyədə davamlı uğurlu çıxışım və çempionluğumdan sonra Azərbaycan Gənclər və İdman Nazirliyinin, eyni zamanda Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə formula seriyalarına yüksələ bildim. 2016-2017-ci illərdə “Formula 3”, həmin illərdə eyni zamanda BƏƏ-də keçirilən “Formula Gulf” seriyasında, daha sonra 2018-ci ildə “Formula 4” seriyasında çıxış etdim. Hər üç seriyada fərqli nailiyyətlərim oldu”.

Azərbaycanlı pilot vurğulayıb ki, 8 yaşından başladığı karyerasına hazırda davam edə bilmir, çünki maliyyə baxımından dəstək tapmaq çox çətindir: “Uşaq yaşlarımdan atamla “Formula 1” yarışlarına baxa-baxa kartinqə həvəsim yarandı. Bundan sonra atam məni özümü yoxlamaq üçün kartinq mərkəzinə gətirdi. O zaman Azərbaycanda kartinq yarışları olmadığından atam qonşu ölkələrdə iştirak etməyim üçün çempionatlar axtarırdı. Həmin illərdə “Formula 1” yarışları artıq ikinci dəfə Türkiyədə keçirilirdi. Ona görə avtoidmana maraq da çox idi. Böyük bir şirkətin sponsorluğu altında kartinq çempionatı keçirilirdi və mən də bu çempionatın ilk mərhələsinə qatıldım. Yarışlarda 5 ən yaxşı pilot kateqoriyasına qədər yüksəldim. Bundan sonra karyeram başladı”.

Fərdi
Azərbaycan badmintonçuları Maltada 3 medal qazanıblar

Azərbaycan badmintonçuları Maltada 3 medal qazanıblar

Fərdi
Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Fərdi
Federer karyerasını məğlubiyyətlə başa vurub

Federer karyerasını məğlubiyyətlə başa vurub

Fərdi
Baş katib: "Elmar Qasımov nə istədiyinə qərar verməlidir"

Baş katib: "Elmar Qasımov nə istədiyinə qərar verməlidir"

Fərdi
Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

Fərdi
Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Fərdi
​Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

​Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

Fərdi
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Fərdi
Aydın Süleymanlı: "Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir"

Aydın Süleymanlı: "Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir"

Fərdi
Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir