Sabah voleybol üzrə Azərbaycan çempionatının qalibi bəlli ola bilər

Sabah voleybol üzrə Azərbaycan çempionatının qalibi bəlli ola bilər

Aprelin 18-də voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasının qalibi bəlli ola bilər.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, həmin gün ilk olaraq meydana bürünc medal üçün UNEC və “Murov” klubları çıxacaqlar. Bu komandaların ilk iki görüşündə “Murov” rəqibini quru hesabla məğlub edib. UNEC mübarizəni davam etdirmək üçün mütləq bu oyunda qələbə qazanmalıdır. “Murov” isə qalib gələcəyi təqdirdə ölkə birinciliyinin bürünc medalına sahib çıxacaq.

Daha sonra meydan çempionluq üçün mübarizə aparan “Abşeron” və “Azərreyl”in ixtiyarına veriləcək. Cütün ilk iki final matçı “Azərreyl”in quru hesablı qələbəsi ilə başa çatıb. Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu dəfə də qalib gələcəyi təqdirdə çempion adını qazanacaq. Görüş “Abşeron”un qələbə isə yekunlaşarsa, əlavə qarşılaşmaya ehtiyac duyulacaq.

Kişi voleybolçuların yarışında növbəti oyunlar aprelin 20-nə təyin olunub. Həmin günün ilk matçı “Neftçi” və MOİK arasında baş tutacaq. Əvvəlki görüşlərdə 3:0 və 3:1 hesabları ilə qalib gələn “Neftçi” bu qarşılaşmanı da öz xeyrinə başa vurarsa, bürünc medala sahib çıxacaq, əks təqdirdə mübarizə növbəti matçla davam edəcək.

Günün digər duelində çempionluq üçün yarışan “Xarı bülbül” və “Murov” kollektivləri üz-üzə gələcəklər. İlk iki oyunda 3:1 və 3:0 hesabları ilə üstün olan “Murov” yenə qalib gələrsə, qızıl medalı təmin edəcək. “Xarı bülbül” klubu birinci yer uğrunda mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalıdır.

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
Azərbaycanın qadın voleybol millisi AVRO-2023-ə vəsiqəni qələbə ilə təmin edib

Azərbaycanın qadın voleybol millisi AVRO-2023-ə vəsiqəni qələbə ilə təmin edib

Komanda
Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

Komanda
Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Komanda
Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Komanda
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub