Premyer Liqa: "Sabah" "Qarabağ"a qalib gəlib

Premyer Liqa: "Sabah" "Qarabağ"a qalib gəlib

Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, bağlanış oyununda lider "Qarabağ" ən yaxın izləyicisi "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt klubundan hər iki qolu Coy Lens Mikels vurub. Almaniyalı yarımmüdafiəçi 72 və 76-cı dəqiqələrdə fərqlənib. 30 yaşlı oyunçu bombardirlər siyahısında Ağdam klubunun hücumçusu Ramil Şeydayevə çatıb - 17 qol. Hazırda onu çempionatın ən sərrast futbolçusu olan "köhlən atlar"ın digər forvardı Musa Qurbanlıdan cəmi 3 top ayırır. Qonaqların yeganə qoluna isə 86-cı dəqiqədə penaltidən Riçard Almeyda imza atıb.

Bu qələbə ilə xallarını 68-ə çatdıran "Sabah" ikinci pillədəki mövqeyini möhkəmlədib. 77 xalı olan "Qarabağ" isə vahid liderdir.

Qeyd edək ki, XXX turun əvvəlki matçlarında "Zirə" evdə "Səbail"ə 3:1, "Qəbələ" səfərdə "Neftçi"yə 2:1, "Kəpəz" Qəbələdə "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəlib, "Sumqayıt" isə Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib.

17:53

Azərbaycan Premyer Liqasının XXX turunun bağlanış oyununda üz-üzə gələcək "Sabah" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

"QELEBE.AZ"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Sabah": 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba (k), 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 4. Elvin Camalov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov ,11. Kristian Sebalyos, 7. Boyan Letiç, 18. Davit Volkov
Məşqçi: Artur Olenin

"Qarabağ": 23. Luka Quqeşaşvili, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 7. Yassin Benzia, 87. Adama Diakabi, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Futbol
29 günlük futbol bayramı başlayır

29 günlük futbol bayramı başlayır

Futbol
“Qarabağ” dünya reytinqində 8 pillə irəliləyib

“Qarabağ” dünya reytinqində 8 pillə irəliləyib

Futbol
Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Futbol
Nuralı Alip: "Azərbaycan millisi bizimlə matça fərqli hazırlaşacaq"

Nuralı Alip: "Azərbaycan millisi bizimlə matça fərqli hazırlaşacaq"

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" ili qələbə ilə başa vurub

Azərbaycan Premyer Liqası: "Neftçi" ili qələbə ilə başa vurub

Futbol
Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Futbol
Uruqvaylı hücumçu La Liqanın tarixinə düşüb

Uruqvaylı hücumçu La Liqanın tarixinə düşüb

Futbol
AFFA "Zirə"yə texniki məğlubiyyət verib

AFFA "Zirə"yə texniki məğlubiyyət verib

Futbol
Rusiya Kubokunun oyunu səfərbərliyə görə baş tutmaya bilər

Rusiya Kubokunun oyunu səfərbərliyə görə baş tutmaya bilər

Futbol
Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

Futbol
Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb