Nağı Səfərov: “Bakıdakı dünya çempionatına 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir”

Nağı Səfərov: “Bakıdakı dünya çempionatına 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir”

“Azərbaycanda keçiriləcək dünya çempionatı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Ümumdünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf etdiyindən bizim üçün xüsusi əhəmiyyət daşıyır”.

QELEBE.AZ saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov Bakıda keçiriləcək dünya çempionatına son hazırlıqlarla bağlı təşkil olunan mətbuat konfransında deyib.

Konfransda mundiala qısa zaman qaldığını bildirən Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov hər şeyin plan üzrə getdiyini deyib. O, beynəlxalq idman yarışlarının təşkilində böyük təcrübəyə malik olan ölkəmizin dünya çempionatını da uğurla ev sahibliyi edəcəyinə inandığını vurğulayıb: “Bu yarış Paris-2024 Yay Olimpiya Oyunları öncəsi ən böyük yarışdır. 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir. Hələlik 90 ölkə qeydiyyatdan keçib. Ümumilikdə 3000-3500 qonağın gəlişini gözləyirik”.

Səfərov bildirib ki, dünya çempionatı üçün Azərbaycan millisinin heyəti hələ tam formalaşmayıb. Bu, aprelin 27-30-da Sofiyada keçiriləcək klublararası Avropa çempionatından sonra bəlli olacaq.

Konfransda dünya çempionatının promo video çarxı, eləcə də rəsmi saytı təqdim olunub. Sayt həm dizayn, həm də məzmun baxımından təkmilləşdirilib. İdmansevərlərin rahatlığını təmin etmək üçün müasir proqram təminatından istifadə olunub.

Mundiala paytaxtımızın ev sahibliyi etmək hüququ bir il öncə verilib. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, səsvermə ilə Azərbaycan qalib gəlib. Düzdür, son anda Bolqarıstan istəyini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatı, Qran-pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatını bizə həvalə edib. Mundial mayın 29-dan iyunun 4-dək Bakı Kristal Zalında keçiriləcək.

Sayca 26-cı dəfə təşkil olunacaq yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq.

Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra 7-ci kimi tarixə düşəcək.

Qeyd edək ki, mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatı Bakı Kristal Zalında təşkil olunacaq. Mundaialın informasiya dəstəkçisi “APA Media Group”dur.

Döyüş növləri
Taekvondo üzrə milli komandanın məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə milli komandanın məşqçilər korpusunda dəyişiklik olub

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Döyüş növləri
Azərbaycanın iki boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

Azərbaycanın iki boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

Döyüş növləri
Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Döyüş növləri
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub, yığma yarışı 5 medalla bitirib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub, yığma yarışı 5 medalla bitirib

Döyüş növləri
Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Döyüş növləri
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Döyüş növləri
Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Azərbaycanın 2 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın 2 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Döyüş növləri
Azərbaycan boksçularının 2022-ci ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb

Azərbaycan boksçularının 2022-ci ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb