Bakıda atletika məşqçiləri üçün texniki kursa yekun vurulub

Bakıda atletika məşqçiləri üçün texniki kursa yekun vurulub

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Olimpiya Həmrəyliyi Fondunun, Dünya Atletikasının dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda atletika üzrə 1-ci dərəcəli məşqçilərin texniki kursuna yekun vurulub.

AAF-dən "Report"a verilən məlumata görə, kursun bağlanış mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Baş Katib Azər Əliyev və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov iştirak ediblər.

MOK-un Beynəlxalq Proqramlar İdarəsinin əməkdaşı Ceyhun Rəhmənov məşqçilərin bilik və bacarıqlarını artırmaq üçün İOC-nin Olimpiya Həmrəyliyi Fondunun və Beynəlxalq İdman Federasiyalarının dəstəyi ilə voleybol, velosiped, atletika, badminton və digər idman növləri üzrə keçirilən kurslar haqqında ümumi məlumat verib. Daha sonra çıxış edən Ç.Hüseynzadə bildirib ki, bu cür seminarların keçirilməsi MOK tərəfindən artıq ənənə halına çevirilib. 2016-cı ildən başlayan bu tipli seminarların təşkili idmanın inkişafına, beynəlxalq dərəcəli məşqçilərinin yetişdirilməsinə, məşqçi və hakim heyətinin nəzəri və praktiki biliklərinin genişləndirilməsinə, bu yolla peşakar idmançıların düzgün və savadlı şəkildə maarifləndirilməsinə kömək edir: "Milli Olimpiya Komitəsinin və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun birlikdə fəaliyyəti nəticəsində belə əhəmiyyət kəsb edən kursların keçirilməsi və uğurların əldə olunması həqiqətən də sevindirici haldır".

Sonda Çingiz Hüseynzadə məşqçilərə uğurlar arzulayıb.

C.Qurbanov isə deyib ki, belə kursların keçirilməsi kütləvilliyin artırılmasına və regionlarda idmanın inkişafına öz tövhəsini verəcək. AAF prezidenti atletikanın inkişafı, yerli idmançıların Azərbaycanı beynəlxalq arenalarda, Olimpiya Oyunlarında layiqincə təmsil etmələri və ölkə bayrağını zirvələrə qaldırmaqları üçün bütün şaraiti yaradacağını bildirib.

Nəzəri və praktiki hissələrdən ibarət olan təlimdə ümumillikdə 20 iştirakçıya Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın imzası olan iştirakçı sertifikatları verilib. Onlardan yalnız 2-si təlimi uğursuz başa vurub. Digər 18 nəfərə Dünya Atletikası tərəfindən 1-ci dərəcəli məşqçilik (Level-1) dərəcəsini təsdiqləyən sertifikatlar təqdim olunub. Sertifikatları Çingiz Hüseynzadə, Cavid Qurbanov və Azər Əliyev təqdim edib.

Sonda ən yaxşı nəticə göstərən Narxanım Fərəcli Dünya Atletikası tərəfindən saniyəölçən hədiyyə olunub.

Fərdi
Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Fərdi
Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Fərdi
Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Fərdi
Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Fərdi
Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır”

Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır”

Fərdi
Açıq Avropa turniri: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Açıq Avropa turniri: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Nağı Səfərov: "Bakıdakı dünya çempionatı əvvəlkilərdən fərqlənəcəq"

Nağı Səfərov: "Bakıdakı dünya çempionatı əvvəlkilərdən fərqlənəcəq"

Fərdi
Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

Fərdi
Federer karyerasını məğlubiyyətlə başa vurub

Federer karyerasını məğlubiyyətlə başa vurub

Fərdi
"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

Fərdi
Abdulla Qədimbəyli: "Vüqar Həşimov Memorialı" ən güclü turnirlərdən biridir"

Abdulla Qədimbəyli: "Vüqar Həşimov Memorialı" ən güclü turnirlərdən biridir"