"Turan Tovuz"un baş məşqçisi: "Bu gün uduzmaq olmazdı"

"Turan Tovuz"un baş məşqçisi: "Bu gün uduzmaq olmazdı"

"Hər oyun, hər xal vacibdir. Bu gün uduzmaq olmazdı".

"Report"un məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis ilk hissədə oyunlarının alınmadığını bildirib: "Futbolçularda gərginlik var idi. Rəqib qol vurduqdan sonra bir neçə epizoda girdi. İlk yarının son dəqiqələrində vurduğumuz qol isə bizi özümüzə gətirdi. İkinci hissədə istədiyimiz kimi oynadıq, qol epizodlarımız da oldu. Sadəcə, son zərbələr çatmadı. Oyun planında artırmalıyıq. Fasilədən yaxşı istifadə etməyə çalışacağıq. Həm kubok, həm də çempionat qrafikimiz ağırdır. Maksuimum rotasiyalarla vəziyyətdən çıxmağa çalışacağıq".

Onun sözlərinə görə, belə oyunlarda heç-heçəni əvvəlcədən fikirləşmək yanlışlıq olar: "Birinci hissənin ilk 20 dəqiqəsində oyun əsasən meydanın mərkəzində gedirdi. Əsasən ötürmələrlə səhvlərə yol verdik. Müdafiədən çıxa bilmirdik. İkinci yarıda isə aktiv oynamağa başladıq. Bunlar əvəzetmələrdən sonra oldu. Dördüncü dövrə daha sərt keçəcək. Komandalar çox risk etməyəcəklər. Çünki xallar bir-birinə yaxındır. Yuxarı sıralara qalxmaq şansımız var. Amma sabitlik çatmır. Vaxt lazımdır".

Mütəxəssis Xəyal Nəcəfovun meydana xəstə olduğu üçün çıxmadığını söyləyib: "Bir anlıq onu döyüşə atmaq istədim, çünki oyun getmirdi. Amma risk etmədim. Düşündüm ki, istirahət etsin. Qızdırmadan sonra futbolçu gümrah olmur. Onun yoxluğu bizim üçün böyük itkidir".

Abbasovun fikrincə, son dövrəyə autsayderlə 10 xallıq fərqlə getmək böyük üstünlükdür: "Qarşıda 2 həftəlik fasilə var. Tovuzda təlim-məşq toplanışımız və əvəzedici komandamızla yoxlama oyunumuz olacaq. Bundan sonra isə çempionatda növbəti görüşə hazırlaşacağıq".

O, motivasiya baxımından komandada problem olmadığını vurğulayıb: "Əsas odur ki, qalib gələ bilməyəndə məğlub olmayasan. Futbolçular istəklidirlər".

Futbol
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Futbol
"Barselona"nın kapitanı Devid Bekhemin klubuna keçir

"Barselona"nın kapitanı Devid Bekhemin klubuna keçir

Futbol
"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

Futbol
Ezcan Alioski: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik"

Ezcan Alioski: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik"

Futbol
Əliyar Ağayev 6 qolun vurulduğu oyunda 4 sarı vərəqə göstərib

Əliyar Ağayev 6 qolun vurulduğu oyunda 4 sarı vərəqə göstərib

Futbol
Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Futbol
UEFA reytinqi: "Qarabağ" növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

UEFA reytinqi: "Qarabağ" növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

Futbol
"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

Futbol
Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

Futbol
Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Futbol
Gürcüstanlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Gürcüstanlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Futbol
Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər