Çempionlar Liqası: “Real Madrid” 300-cü oyununu keçirib, İtaliya klubları 17 illik tilsimi qırıblar

Çempionlar Liqası: “Real Madrid” 300-cü oyununu keçirib, İtaliya klubları 17 illik tilsimi qırıblar

UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin son cavab oyunları daha bir neçə rekordun və seriyanın qırılması ilə nəticələnib.

“Report”un məlumatına görə, İtaliyanın “Napoli” klubu Almaniya “Ayntraxt”ını (2:0, 3:0), İspaniya “Real Madrid”i isə İngiltərə təmsilçisi “Liverpul”u (5:2, 1:0) hər iki oyunda məğlub edərək, buna nail olublar.

- “Real Madrid”in hücumçusu Kərim Benzema ÇL-in pley-oflarında 33-cü qolunu vurub. Bu baxımdan o, turnirdə ən yaxşı göstəriciyə malik üçüncü oyunçudur. Rekordçu 67 qolla Kriştiano Ronaldodur. İkinci yerdə 49 topla Lionel Messi qərarlaşıb. İlk “5-liy”ə, həmçinin, Robert Levandovski (​​30) və Tomas Müller (26) daxildirlər.

- Benzema qitənin ən nüfuzlu klub turnirində İngiltərə komandalarını ümumilikdə 19 dəfə cəzalandırıb. Fransalı ingilislərin ən böyük ikinci qənimidir. Yalnız Lionel Messi “Dumanlı Albion” təmsilçiləri ilə matçlarda daha çox qol vurub – 27. Benzema 19 topdan 7-ni “Liverpul”un qapısından keçirib.

- “Real Madrid” ÇL-in 1/4 finalında iştirak sayına görə ikincidir. “Kral klubu” tarixi ərzində 19 dəfə bunu bacarıb. İspanlar yalnız 21 dəfə 1/4 final üzü görən Almaniya “Bavariya”sından geri qalırlar.

- “Real Madrid” turnir tarixində 300-cü oyuna çıxan ilk klub olub. “Bavariya” 280 görüşlə ikinci, İspaniyanın digər təmsilçisi “Barselona” 277 matçla üçüncü yerdə qərarlaşıb.

- Son 17 ildə ilk dəfə İtaliyanın 3 klubu Çempionlar Liqasında 1/4 finala yüksəlməyi bacarıb. “Milan” və “İnter”in ardından “Napoli” də mübarizəni davam etdirib. Bu, axırıncı dəfə 2005/2006 mövsümündə baş verib. Həmin vaxt “Milan”, “Yuventus” və “İnter” eyni vaxtda turnirin 1/4 finalında iştirak ediblər. Ancaq heç biri finala qədər irəliləyə bilməyib.

- “Napoli” tarixində ilk dəfə ÇL-in 1/4 final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, turnirdə 1/4 final, yarımfinal və finalın püşkatma mərasimi martın 17-də UEFA-nın Nyondakı mənzil-qərargahında keçiriləcək.

Futbol
"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

Futbol
"Qəbələ"nin baş məşqçisi tezliklə Pro kateqoriyası alacaq

"Qəbələ"nin baş məşqçisi tezliklə Pro kateqoriyası alacaq

Futbol
Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Futbol
“Səbail” rəsmisi: “Kerjakovla heç vaxt danışıq aparmamışıq”

“Səbail” rəsmisi: “Kerjakovla heç vaxt danışıq aparmamışıq”

Futbol
"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

Futbol
AFFA "Zirə"yə texniki məğlubiyyət verib

AFFA "Zirə"yə texniki məğlubiyyət verib

Futbol
“Olimpiakos” üzərində qələbə və Veşoviçin qolu “Qarabağ” üçün əlamətdar olub

“Olimpiakos” üzərində qələbə və Veşoviçin qolu “Qarabağ” üçün əlamətdar olub

Futbol
“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb

“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb

Futbol
"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

Futbol
Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Futbol
DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

Futbol
Klopp “Mançester Siti” ilə oyunda hakimə qışqırdığı üçün cəzalanıb

Klopp “Mançester Siti” ilə oyunda hakimə qışqırdığı üçün cəzalanıb