Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ın, "Sabah" "Zirə"nin qonağı olacaq

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ın, "Sabah" "Zirə"nin qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək.

"Report" xəbər verir ki, günün ilk oyunu Sumqayıtda baş tutacaq.

Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edəcək. Meydan sahibləri hazırda 21 xalla yeddinci, Ağdam klubu 68 xalla birinci pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatlarında 31 dəfə üz-üzə gəlib. Bunların 31-də "köhlən atlar", 5-də "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb. Topların nisbətində də qonaqların aşkar üstünlüyü var - 96:19.

Günün ikinci matçında "Sabah" "Zirə"nin qonağı olacaq. Meydan sahibləri 59 xalla ikinci, "qartallar" 37 xalla dördüncüdür. Tərəflər Premyer Liqada 17 dəfə görüşüblər. Əvvəlki qarşılaşmaların 8-də "bayquşlar", 4-də isə "Zirə" meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Sabah" üstündür - 26:21.

Azərbaycan Premyer Liqası

XXVII tur

18:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”

20:30. “Zirə” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, XXVII turun "Səbail" - "Turan Tovuz" və "Neftçi" - "Kəpəz" oyunları martın 16-da, "Qəbələ" - "Şamaxı" görüşü isə martın 17-də keçiriləcək.

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Futbol
Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Futbol
PSJ Messinin əvəzləyicisini tapıb

PSJ Messinin əvəzləyicisini tapıb

Futbol
“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

Futbol
DÇ-2022: Almaniya millisinin yekun heyəti açıqlanıb

DÇ-2022: Almaniya millisinin yekun heyəti açıqlanıb

Futbol
Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Futbol
Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Neftçi" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Neftçi" "Sumqayıt"ı qəbul edəcək

Futbol
"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndərilib

Portuqaliya millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
Azərbaycanlı FİFA referilərinin sayı artırılıb

Azərbaycanlı FİFA referilərinin sayı artırılıb

Futbol
Əfsanəvi futbolçu "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlib

Əfsanəvi futbolçu "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlib