UEFA rəsmisi: “Azərbaycan millisi potensialını tam göstərə bilmir”

UEFA rəsmisi: “Azərbaycan millisi potensialını tam göstərə bilmir”

“Azərbaycan millisi potensialını hələ tam göstərə bilmir”.

“QELEBE.AZ” xəbər verir ki, bunu UEFA-nın Milli Assosiasiyalar departmentinin nümayəndəsi Jozef Kliment AFFA-nın Hesabat Konfransında deyib.

Kliment Azərbaycan millisinin çıxışına, eyni zamanda “Qarabağ”ın avrokuboklardakı nəticələrinə toxunub: “Qarabağ” çox yaxşı mübarizə aparır. Onları təbrik edirəm. Milli komanda isə Canni De Byazinin rəhbərliyi altında UEFA Millətlər Liqasında yaxşı nəticəyə imza atdı və mənim ölkəmin komandasını - Slovakiyanı məğlub etdi. Komandanıza AVRO-2024-ün seçmə mərhələsində uğurlar arzulayıram”.

O, növbəti həftə Rövnəq Abdullayevin AFFA prezidenti seçilməsinin 15 ili tamam olacağını bildirib: “Keçən il mən burada olanda sonuncu dəfə Elxan Məmmədov baş katib və vitse-prezident idi. Hazırda o, FIFA-da vacib vəzifədədir. Bu da təsadüfi deyil. Elxan Məmmədovun yüksək vəzifə tutması AFFA-dakı inkişafın göstəricisidir. Bir ildir ki, Sərxan Hacıyev baş katibdir. Elxan Məmmədov baş katib olanda UEFA-dakı ən gənc idarəçilərdən biri olub. Sərxan Hacıyevə də bu yolu addımlamağı arzulayıram”.

UEFA rəsmisi Azərbaycanda gələcəklə bağlı yaxşı planların olduğunu diqqətə çatdırıb: “Qadın, uşaq futbolu və s. 15 il öncə bu ölkəyə gələndə belə infrastrukturlar yox idi. UEFA olaraq dəstək olduq və məmnunuq ki, hazırda Azərbaycanda futbol infrastrukturu yüksək inkişaf yolundadır. Bu cür şəraitin olması UEFA və FIFA səviyyəli beynəlxalq yarışların keçirilməsi baxımından vacibdir. Təsadüfi deyil ki, Azərbaycanda bir çox beynəlxalq yarışlar keçirilib. UEFA Avropa Liqasının finalı, Avropa çempionatının oyunları və s. Sizin təcrübəli tədbir təşkilatçılarınız var”.

Qitə futbol qurumunun nümayəndəsi qeyd edib ki, həm COVİD-19 pandemiyası dövründə, həm də qısa zaman öncə Türkiyədə baş vermiş zəlzələ zamanı UEFA bütün milli federasiyalara kömək üçün müraciət etdi və ilk reaksiya verənlərdən biri də AFFA oldu: “Bunun üçün UEFA prezidenti Aleksandr Çeferin şəxsən təşəkkürünü bildirdi”.

Futbol
"Liverpul"da zədəli futbolçuların sayı 8-ə çatıb

"Liverpul"da zədəli futbolçuların sayı 8-ə çatıb

Futbol
Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Futbol
"İnter" 12 ildən sonra "Barselona"ya qalib gəlib

"İnter" 12 ildən sonra "Barselona"ya qalib gəlib

Futbol
Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Futbol
"Çelsi"nin qapıçısı London derbisini buraxacaq

"Çelsi"nin qapıçısı London derbisini buraxacaq

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
“Qarabağ” UEFA reytinqində geriləyib

“Qarabağ” UEFA reytinqində geriləyib

Futbol
"Neftçi" gecikməyə, "Sumqayıt" suya, "Səbail" himnə görə cərimələnib

"Neftçi" gecikməyə, "Sumqayıt" suya, "Səbail" himnə görə cərimələnib

Futbol
Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Futbol
Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Futbol
“The Times”: Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

“The Times”: Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

Futbol
"Qarabağ" 9-cu dəfə qış çempionu olmaqla "Neftçi"yə çatıb

"Qarabağ" 9-cu dəfə qış çempionu olmaqla "Neftçi"yə çatıb