“APASport”un 16 yaşı tamam olur

“APASport”un 16 yaşı tamam olur

Bu gün “APASport” idman agentliyinin yaranmasından 16 il ötür.

APA Group” MMC-yə daxil olan “APASport” İnformasiya Agentliyi 2007-ci il martın 5-də yaranıb.

Azərbaycan dilində fəaliyyət göstərən “APASport” Azərbaycanda yaranmış ilk idman agentliyidir.

APASport”un internet ünvanı www.apasport.az-dır.

Agentlik Azərbaycan və dünya idmanının bir çox sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif mövzularda araşdırmalar aparır, unikal statistikalara yer verir.

APASport” 2007-ci və 2009-cu illərdə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilib. Hər il müxtəlif federasiyalar tərəfindən yarışların işıqlandırılmasında göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb. 2012-ci ildə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən ən yaxşı idman saytı seçilib.

Agentlik ölkədə keçirilmiş böyük yarışların, o cümlədən 2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunlarının işıqlandırılmasında xüsusi fəallıq göstərib. Məhz bunun nəticəsində "APA Group" I Avropa Oyunlarını ən yaxşı işıqlandıran media şirkətlərindən biri kimi mükafata layiq görülüb. Həmçinin, Belarusun paytaxtı Minskdə baş tutan II Avropa Oyunları da agentlik tərəfindən birbaşa yerindən işıqlandırılıb. Bunun nəticəsində agentliyin əməkdaşı Azərbaycan gənclər və idman naziri tərəfindən fəxri fərmanla təltif edilib. Bakıda təşkil olunan Gənclərin Yay Olimpiya Festivalı da “APASport” üçün prioritet tədbir olub.

Agentliyin Azərbaycan futbol, voleybol və digər idman növləri üzrə klublarının, milli komandalarımızın dünya və Avropa səviyyəsində keçirilən rəsmi görüşlərinə, eləcə də yoldaşlıq oyunlarına ezam olunan əməkdaşları onlayn reportajlar hazırlamaqla yanaşı, həmin qarşılaşmalardan sonra baş məşqçi və komanda üzvlərinin görüşlə bağlı fikirlərini oxuculara təqdim edir. Həmin yarışlardan hazırlanmış videogörüntülər və fotosessiyalar agentliyin saytında yerləşdirilir.

Bunlarla yanaşı, sayt bu ildən Azərbaycan idman mətbuatında yeniliklərlə oxucularının görüşünə gəlir. Ölkəmizdə ilk dəfə bütün idman növləri onlayn (live) şəkildə təqdim olunur. Bir sıra idman növlərində isə proqnozsevərlərin istəkləri nəzərə alınır. Onlara mütəxəssis komandamız tərəfindən ödənişli və ödənişsiz kuponlar təqdim edilir.

Digər növlər
"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

Digər növlər
Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Digər növlər
"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

Digər növlər
Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Digər növlər
Azərbaycan əsilli gimnast Britaniyaya medal qazandırıb

Azərbaycan əsilli gimnast Britaniyaya medal qazandırıb

Digər növlər
Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Digər növlər
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb  - FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb - FOTO

Digər növlər
“Mingəçevir Reqatası” Avropa Kanoe Assosiasiyası təqvim planına salınıb

“Mingəçevir Reqatası” Avropa Kanoe Assosiasiyası təqvim planına salınıb

Digər növlər
Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Digər növlər
BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

Digər növlər
Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Digər növlər
"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!