Ansi Aqolli: "De Byazi indiyədək işlədiyim ən yaxşı baş məşqçilərdən biridir"

Ansi Aqolli: "De Byazi indiyədək işlədiyim ən yaxşı baş məşqçilərdən biridir"

"De Byazi indiyədək işlədiyim ən yaxşı baş məşqçilərdən biridir".

"Report"un məlumatına görə, bunu Albaniya millisinin və "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli yığmadakı çıxışı barədə danışarkən deyib.

Veteran həmin dövrü yaxşı xatırladığını və heç vaxt unutmayacağını bildirib: "Çox gözəl xatirələrim var və onlar ömrümün sonuna kimi mənimlə qalacaq. Yaranan yeni komanda artıq təcrübə toplayıb. Onlar yeni çağırışlara hazır olmalıdırlar. Ümid edirəm ki, yığma indi bizim dövrümüzdən də yaxşı çıxış edəcək, futbolçular daha keyfiyyətli olacaqlar. AVRO-2016-nın seçmə mərhələsinə yaxşı başladıq, xeyli irəliləyiş oldu, Serbiya ilə matç futbolda və millidə çox şeyi dəyişdi. Azarkeşlərdən kifayət qədər mənəvi dəstək aldıq. Final mərhələsinə çıxmağımızın səbəblərindən biri də məhz bu idi".

Qeyd edək ki, Ansi Aqolli "Qarabağ"ın formasını 2010-2019-cu illərdə geyinib. O, 2011 - 2017-ci illərdə Canni De Byazinin rəhbərliyi altında Albaniya yığmasında çıxış edib. İtaliyalı mütəxəssis hazırda Azərbaycan millisinə başçılıq edir.

Futbol
Superkompüter futbol üzrə dünya çempionatında qalib gələcək komandanın adını açıqlayıb

Superkompüter futbol üzrə dünya çempionatında qalib gələcək komandanın adını açıqlayıb

Futbol
DÇ-2022: Seneqal Qətərə qalib gəlib

DÇ-2022: Seneqal Qətərə qalib gəlib

Futbol
"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

Futbol
"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

Futbol
"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

Futbol
Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Futbol
Pele yenidən xəstəxanaya yerləşdirilib

Pele yenidən xəstəxanaya yerləşdirilib

Futbol
Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Futbol
Almaniya millisinin hücumçusu Bundesliqa klubunun tarixinə düşüb

Almaniya millisinin hücumçusu Bundesliqa klubunun tarixinə düşüb

Futbol
“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Futbol
Kərim Benzema "Seltik"lə oyunda zədələnib

Kərim Benzema "Seltik"lə oyunda zədələnib