Karateçimiz dünya çempionatında beşinci medalı qazandı
Polşanın Belsko-Biala şəhərində keçirilən yeniyetmələr və gənclər arasında karate üzrə dünya çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal əlavə olunub.
QELEBE.AZ xəbər verir ki, 21 yaşadək idmançılar arasında 75 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Süleymanov bürünc medal qazanıb.
Azərbaycan karateçisi üçüncü yer uğrunda qarşılaşmada Türkiyə təmsilçisi Osman Burak Keleşə qalib gələrək dünya çempionatının mükafatçıları sırasına daxil olub.
Bununla da Azərbaycan millisinin mundialda qazandığı medalların sayı beşə çatıb.
Daha əvvəl Şamo Kamilov (U-16, +70 kq) qızıl, Vüsal Qənbərov (U-18, 55 kq) gümüş medal əldə edib. Rəsul Qənbərli (U-16, 52 kq) və Nurlan Əlimuradov (U-16, 70 kq) isə bürünc mükafatlara sahib çıxıblar.
Qeyd edək ki, Polşada keçirilən dünya çempionatına bu gün, oktyabrın 18-də yekun vurulacaq.

https://qelebe.az//uploads/photo/karatechimiz-dunya-chempionatinda-beshinci-medali-qazandi.webp