La Liqa: “Barselona” turu qalib başa vurub
İspaniya La Liqasında IX turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, “Espanyol” doğma meydanda “Atletiko”nu qəbul edib.
Görüş qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb – 0:1.
Günün digər qarşılaşmasında “Vilyarreal” öz meydanında “Elçe” ilə heç-heçə edib. Tərəflər arasındakı görüşdə qapılara qol vurulmayıb – 0:0.
“Barselona” isə səfərdə “Betis”lə üz-üzə gəlib. Kataloniya təmsilçisi beş qol vurduğu matçda rəqibini 5:2 hesabı ilə məğlub edib.

https://qelebe.az//uploads/photo/la-liqa-barselona-turu-qalib-basha-vurub.webp