Salah Avropa futbolunda tarix yazdı

Salah Avropa futbolunda tarix yazdı

UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turunda “Trabzonspor” Finlandiyanın “KuPS” klubunu 4:2 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisinin misirli hücumçusu Məhəmməd Salah qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Football Tweet”in “X” sosial şəbəkəsində yaydığı məlumata görə, 34 yaşlı futbolçu tarixi nailiyyətə imza atıb. O, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər üçündə həm qol vuran, həm də məhsuldar ötürmə edən ilk futbolçu olub.

Qeyd edək ki, Salah karyerası ərzində “Liverpul”, “Roma”, “Fiorentina”, “Çelsi” və “Bazel” klublarının da formasını geyinib.