Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq

Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq

Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət minifutbol millisi Xorvatiyada keçirilən dünya çempionatında növbəti oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, komandamız Slovakiya seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:40-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi daha öncə Birləşmiş Ərəb Əmirlikləri və Çexiyanı 4:2 hesabı ilə məğlub edib, Rumıniya ilə isə 3:3 hesablı bərabərliyə nail olub.