“Qarabağ”dan “Sabah”a təbrik: “qarşıdakı oyunlarda uğurlar arzulayırıq"

“Qarabağ”dan “Sabah”a təbrik: “qarşıdakı oyunlarda uğurlar arzulayırıq"

“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda Bakıda Çexiyanın “Slaviya” (Praqa) klubunu 2:0 hesabı ilə məğlub edib.

QELEBE.AZ xəbər verir ki, “Qarabağ” klubu paytaxt təmsilçisini Çempionlar Liqasının liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib.

Ağdam təmsilçisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Sabah” futbol klubunu Çempionlar Liqasının liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edir, qarşıdakı oyunlarında uğurlar arzulayırıq".