PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
Fransanın PSJ klubu İngiltərə təmsilçisi “Mançester Yunayted”in müdafiəçisi Leni Yoro ilə maraqlanır.
Apasport.az xəbər verir ki, Paris təmsilçisi 20 yaşlı futbolçunun vəziyyətini yaxından izləyir və onu Fransaya qaytarmaq niyyətindədir.
PSJ rəhbərliyi sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Yoronun universallığını yüksək qiymətləndirir.
“Mançester Yunayted” 2024-cü ildə fransalı futbolçunun transferinə 50 milyon funt-sterlinqdən çox vəsait xərcləyib. Lakin müdafiəçi hazırda əsas heyətdə möhkəmlənmək uğrunda mübarizə aparır.
İngiltərə klubunun Yoronu satmağa qərar verəcəyi təqdirdə, transferə xərclədiyi məbləği geri qaytarmaq istədiyi bildirilir.
Futbolçunun xidmətində Almaniyanın “Bavariya” klubu da maraqlıdır.
Qeyd edək ki, Yoro daha əvvəl komandanın ehtiyac duyacağı istənilən mövqedə oynamağa hazır olduğunu açıqlayıb.

https://qelebe.az//uploads/photo/psj-manchester-yunaytedin-mudafiechisini-transfer-etmek-isteyir.webp