“Arsenal”dan 100 milyonluq transfer həmləsi – Alvares razılıq verir
İngiltərənin “Arsenal” klubu “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, London təmsilçisi 26 yaşlı argentinalı futbolçu üçün 100 milyon funt-sterlinq ödəməyə hazırdır.
Alvares də “Arsenal”a keçid variantına müsbət yanaşır və klub rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bildirib.
Ötən yay hücumçu karyerasını “Barselona”da davam etdirməyə üstünlük verib. Lakin Madrid təmsilçisi futbolçunu rəqibinə satmaqdan imtina edib.
İndi isə argentinalı forvard İngiltərə Premyer Liqasına qayıtmaq imkanını nəzərdən keçirir.
Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin yayında “Mançester Siti”dən “Atletiko”ya transfer olunub.

https://qelebe.az//uploads/photo/arsenaldan-100-milyonluq-transfer-hemlesi-alvares-raziliq-verir.webp