Azərbaycan təmsilçisi Almatıda 6-cı olub
Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən fiqurlu konkisürən Veronika Jilina Qazaxıstanın Almatı şəhərində keçirilən “Denis Ten Memorial” turnirində 6-cı yeri tutub.
Apasport.az xəbər verir ki, oktyabrın 7-dən 11-dək təşkil olunan yarışda idmançımız qısa və sərbəst proqramların yekununda 125,68 xal toplayıb.
Jilina 19 iştirakçı arasında altıncı olub.

https://qelebe.az//uploads/photo/azerbaycan-temsilchisi-almatida-6-ci-olub.webp