Azərbaycan Kubokunda ilk mərhələnin təqvimi bəlli olub
Azərbaycan Kubokunun 2026/27 mövsümündə I təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb.
Apasport.az xəbər verir ki, mərhələnin bütün görüşləri Peşəkar Futbol Liqasının (PFL) “AzPFL” yutub kanalında canlı yayımlanacaq.
7 oktyabr
“Qaradağ Lökbatan” – “Şəki”
Lökbatan OİK stadionu, 14:30
“Şəmkir” – “Ağstafa Gəncləri”
Şirvan OİK stadionu, 14:30
8 oktyabr
“Difai” – “Zəngəzur”
Palms Sports Futbol Mərkəzi (IV meydança), 14:00
“Marafon” – “Dinamo”
“Marafon Arena”, 14:30
“Şirvan” – “Kür-Araz”
Şirvan OİK stadionu, 14:30
9 oktyabr
“Ağdaş” – “Hypers”
Ağdaş şəhər stadionu, 14:30
Qeyd edək ki, oktyabrın 1-də Sabirabad rayonunda yerləşən “Marafon Arena”da PFL tərəfindən yekun təftiş və test oyunu keçirilib. Təftişin nəticələrinə uyğun olaraq müvafiq addımlar atılıb. PFL stadionun oyunların keçirilməsi üçün uyğun olduğunu təsdiqləyib. Beləliklə, “Marafon” ev oyunlarını “Marafon Arena”da keçirəcək.

https://qelebe.az//uploads/photo/azerbaycan-kubokunda-ilk-merhelenin-teqvimi-belli-olub.webp