“Bavariya” Premyer Liqa ulduzunun transferində favoritdir – 70 milyon avroluq futbolçu

“Bavariya” Premyer Liqa ulduzunun transferində favoritdir – 70 milyon avroluq futbolçu

Almaniyanın “Bavariya” klubu “Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uaytla maraqlanır.

QELEBE.AZ xəbər verir ki, Münhen təmsilçisi 26 yaşlı futbolçunun transferi uğrunda əsas namizədlərdən biri hesab olunur.

İngiltərə millisinin üzvü “Mançester Yunayted” və “Çelsi”nin də maraq dairəsindədir.

Daha əvvəl Gibbs-Uaytın Avropanın aparıcı klublarının ona marağının artması fonunda agentini dəyişdiyi bildirilmişdi. “Nottingem Forest” kapitanını satmaq məcburiyyətində deyil və futbolçunun keçidinə yalnız yüksək məbləğli təklif qarşılığında razılıq verə bilər. Onun bazar dəyəri təxminən 70 milyon avro qiymətləndirilir.

Gibbs-Uayt eyni zamanda İngiltərə millisinin UEFA Millətlər Liqasındakı qarşıdakı oyunlar üçün heyətinə sonradan dəvət alıb. O, yığmaya bir sıra futbolçuların zədə səbəbindən heyətdən çıxmasından sonra çağırılıb.

Qeyd edək ki, Morqan 2022-ci ildən “Nottingem Forest”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.