İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
İngiltərə millisinin heyətində dəyişiklik baş verib.
Apasport.az xəbər verir ki, Deklan Rays (“Arsenal”), Koul Palmer (“Çelsi”), Markus Reşford, Kobbi Maynu (hər ikisi “Mançester Yunayted”) və Tino Livramento (“Nyukasl”) zədə səbəbindən yığmanın düşərgəsini tərk ediblər.
Onların hamısının müxtəlif zədələr səbəbindən qarşıdakı oyunlarda iştirak edə bilməyəcəyi bildirilib.
Bu futbolçuların əvəzinə “Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt və “Everton”un futbolçusu Ceyms Qarner milliyə dəvət olunub.
Qeyd edək ki, İngiltərə seçməsi İspaniya (26 sentyabr), Çexiya (29 sentyabr) və Xorvatiya (3-6 oktyabr) ilə üz-üzə gələcək.

https://qelebe.az//uploads/photo/ingiltere-millisinde-zede-shoku-5-futbolchu-dushergeni-terk-etdi.webp