Azərbaycanlı fiqurlu konkisürənlər Qran-pridə çıxış edib
Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən idmançılar Türkiyənin Ankara şəhərində keçirilən yeniyetmələr arasında Qran-pri yarışında iştirak ediblər.
QELEBE.AZ xəbər verir ki, sentyabrın 17-19-da baş tutan yarışda Aleksandr Pluşenko, Arina Kalugina, həmçinin buz üstündə rəqs cütlüyü Anna Obrien və Drake Tonq ölkəmizi təmsil edib.
Azərbaycanı ilk dəfə beynəlxalq yarışda təmsil edən Pluşenko qısa və sərbəst proqram üzrə 171,65 xal toplayaraq 33 iştirakçı arasında 13-cü olub.
Kalugina 144,25 xalla 39 idmançı arasında 17-ci yeri tutub. Anna Obrien və Drake Tonq isə ritmik və sərbəst rəqs proqramlarının yekununda 118,76 xal toplayaraq 20 cütlük arasında 12-ci sırada qərarlaşıblar.

https://qelebe.az//uploads/photo/azerbaycanli-fiqurlu-konkisurenler-qran-pride-chixish-edib.webp