“Kəpəz” iki yoxlama matçı keçirəcək
“Kəpəz” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə iki yoxlama matçı keçirəcək.
QELEBE.AZ xəbər verir ki, Gəncə təmsilçisi oktyabrın 2-də Azərbaycan U-19 millisi və “Gəncəbasar”la qarşılaşacaq.
Hər iki oyun Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında keçiriləcək. U-19-la matç saat 12:00-da, “Gəncəbasar”la görüş isə 17:00-da başlayacaq.
“Kəpəz”in məşqçi korpusu bütün futbolçuların oyununu izləmək məqsədilə heyəti iki hissəyə böləcək.

https://qelebe.az//uploads/photo/kepez-iki-yoxlama-matchi-kechirecek.webp