"Səbail" rəhbərliyi Quba Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb

"Səbail" rəhbərliyi Quba Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb

Bu gün Futbolun İnkişaf Fondunun icraçı direktoru və “Səbail” futbol klubunun İdarə Heyətinin üzvləri Quba rayonuna səfər edib, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ilə görüşüblər.

Apasport.az xəbər verir ki, görüşdə Fondun icraçı direktoru Tural Piriyev “Səbail” PFK-nın İH-nin üzvləri Amin Məmmədov, Mirzə Bayrampur və Ağa Orucovu təqdim etdikdən sonra klub haqqında ümumi məlumat təqdim edərək, klubun Quba rayonunu təmsil etmək planları barədə məlumat verib.

Daha sonra İH üzvləri klubun gələcək planları barədə başçıya məlumat verib, kluba göstərilə biləcək mümkün dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb. İcra Hakimiyyətinin başçısı edilən təklifləri müsbət qarşılayıb və öz tərəflərindən lazımi dəstəyin göstəriləcəyini bildirib.