“Barselona”dan “Braqa”ya - RƏSMİ

“Barselona”dan “Braqa”ya - RƏSMİ

"Barselona"nın yarımmüdafiəçisi Tommi Markes komandanı tərk edib.

QELEBE.AZ xəbər verir ki, o, karyerasını Portuqaliyada davam etdirəcək.

"Braqa" ispaniyalı futbolçunu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kataloniyalılar transferdən 11 milyon avro qazanıb. Tərəflər arasında 2031-ci ilin 30 iyun tarixinə kimi müqavilə imzalayıb.

"Barselona" futbolçunun növbəti satışından 20 faiz pay əldə edəcək.