Millimiz 6 yığma ilə birgə toplanış keçir

Millimiz 6 yığma ilə birgə toplanış keçir

Çimərlik güləşi üzrə Azərbaycan milli komandası Bakıda keçiriləcək iki mühüm yarışa hazırlığını davam etdirir.

QELEBE.AZ xəbər verir ki, U-17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsinə hazırlıq məqsədilə son təlim-məşq toplanışı keçirilir.

Toplanışda ABŞ, Ukrayna, Serbiya, Xorvatiya, Əlcəzair və Türkiyə yığmalarının üzvləri də iştirak edir.

Milli komandanın baş məşqçisi Oyan Nəzəriani hazırlığın son mərhələsində olduqlarını bildirib:

“Hazırlığın son mərhələsindəyik. Toplanışın çox faydalı keçdiyini düşünürəm. Bu gün son yoxlama görüşlərimizi keçirdik. Avqustun 27-də yarışın startına hazır olacağıq”.

Milli komandanın üzvü Ülviyyə Musayeva isə doğma meydanda titulunu qorumağı hədəflədiyini deyib:

“Məqsədim doğma məkanda uğurlu çıxış etmək və titulumu qoruyaraq ikiqat dünya çempionu olmaqdır”.

Qeyd edək ki, U-17 dünya çempionatı avqustun 27-də, Dünya Seriyasının IV mərhələsi isə növbəti iki gündə keçiriləcək. Hər iki yarış “Sea Breeze” istirahət mərkəzində təşkil olunacaq.