“İnter”in futbolçusu Çempionlar Liqasında rekordu yeniləyib

“İnter”in futbolçusu Çempionlar Liqasında rekordu yeniləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində keçirilən “İnter” (İtaliya) – “Porto” (Portuqaliya) və “Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) oyunlarında qeydə alınan maraqlı statistik məqamları dərc edib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, həm bəzi rekordlar qeydə alınıb, həm də seriyalar davam edib.

- “Mançester Siti”nin baş məşqçisi “Leyptsiq”lə matçda əvəzetməyə ehtiyac duymayıb. “Şəhərlilər” 2018-ci ildən bəri bu turnirdə (“Mançester Yunayted” “Yuventus”la oyunda) və 2016-cı ildən etibarən yarışın pley-off mərhələsində (“Barselona” “Arsenal”la qarşılaşmada) dəyişiklik etməyən ilk komanda olub.

- “İnter” 13 ildən sonra ilk dəfə ardıcıl 3 ev matçında qələbə qazanıb. “Neradzurra” qrup mərhələsində İspaniya “Barselona”sı (1:0) və Çexiya “Viktoriya”sını (4:0) öz meydanında üstələyib. Milanlılar axırıncı dəfə Çempionlar Liqasını qazandığı 2009/2010 mövsümündə ardıcıl 4 ev qalibiyyətinə seviniblər.

- “İnter” ÇL-in son 16 pley-off qarşılaşmasında heç-heçə etməyib. Komanda axırıncı dəfə 2009-cu ildə İngiltərə təmsilçisi “Mançester Yunayted”lə bərabərə qalıb.

- “İnter”in hücumçusu Romelu Lukaku qitənin ən nüfuzlu klub turnirində 17-ci qolunu vurub. O, Dris Mertensi (16) qabaqlayaraq, ÇL tarixinin ən məhsuldar belçikalı oyunçusu ünvanını ələ keçirib. Üçüncü pillədəki Kevin De Bruynenin aktivində 12 qol var.

- “Porto”nun müdafiəçisi Pepe Çempionlar Liqasının pley-off mərhələsində səfər oyununa çıxan ən yaşlı üçüncü futbolçudur (39 yaş 361 gün). Bu baxımdan onu yalnız 40 yaşını tamamladıqdan sonra pley-off matçına çıxan iki oyunçu qabaqlayır: 40 yaş 123 günündə Rayan Giqqz (2013/2014 mövsümündə), 40 yaş 2 günündə isə Alessandro Kostakurta (2005/2006) bunu bacarıblar.

- “Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez “Leyptsiq”lə matçda fərqlənərək, ÇL-də qol sayını 20-yə çatdırıb. Əlcəzairli oyunçu 20 qol həddinə çatan 5-ci afrikalı olub. Siyahıya Məhəmməd Salah və Didye Droqba (44 qol) şərikli liderlik edirlər. Samuel Eto (30) üçüncü, Sadio Mane (27) isə dördüncü pillədədir.

Qeyd edək ki, “İnter” “Porto”nu 1:0 hesabı ilə məğlub edib, “Leyptsiq”lə “Mançester Siti” isə qollu (1:1) bərabərə qalıblar.

Futbol
Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Futbol
"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

"Qarabağ"ın iki futbolçusu Azərbaycan millisində qol hesabını açıb

Futbol
"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

Futbol
"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

Futbol
Premyer Liqa: “Neftçi” səfərdə “Zirə”ni darmadağın edib

Premyer Liqa: “Neftçi” səfərdə “Zirə”ni darmadağın edib

Futbol
Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəlib

Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəlib

Futbol
DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

Futbol
Murad Musayev: "Bu cür komandaları udmağın yollarını tapmalıyıq"

Murad Musayev: "Bu cür komandaları udmağın yollarını tapmalıyıq"

Futbol
Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Futbol
Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Futbol
"Qəbələ" "Kəpəz"lə heç-heçə edib

"Qəbələ" "Kəpəz"lə heç-heçə edib

Futbol
Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür