İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”

İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”

İrlandiyalı döyüşçü İan Qerri UFC 330 turnirində rusiyalı İslam Maxaçevə məğlubiyyətini şərh edib.

Apasport.az xəbər verir ki, Maxaçev 5 raund davam edən döyüşdə yekdil hakim qərarı ilə qalib gəlib.

Qerri qarşılaşmadan sonra oktqonda açıqlamasında rəqibinə hörmət etdiyini və məğlubiyyətə bəhanəsinin olmadığını bildirib:

“Bu qarşıdurmada məni təəccübləndirən heç nə olmadı. İslama hörmət edirəm. Karyeramın ən yaxşı döyüşünü keçirdim. Özüm, ailəm və komandamla qürur duyuram.

Qarşıda bu idmanda 10 illik dominantlıq dövrüm var. Evə qayıdacağam, hər şeyi düşünəcəyəm və geri dönəcəyəm. Aleksandr Volkanovski və Castin Gecinin timsalında qarşımda nümunələr var. Onlar bu yaşda çempion olublar. Mən isə hələ gəncəm. Qarşıda hər şeyim var. Geri dönəcəyəm, sizə söz verirəm. Məni sevib-sevməməyinizin fərqi yoxdur. Komandamı sevirəm və geri dönəcəyəm. Anderson Silva, üzr istəyirəm. Onu dayandıra bilmədim”.

Qeyd edək ki, bu, Qerri üçün peşəkar karyerasında ikinci məğlubiyyətdir.