“Ultraslan” lideri saxlanılıb
“Qalatasaray” azarkeş qruplaşması “Ultraslan”ın lideri Sebahattin Şirin saxlanılıb.
Apasport.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.
İstanbul Baş Prokurorluğunun qərarı ilə Şirin barəsində saxlanılma qərarı verilib. O, ictimaiyyəti çaşdıran məlumatların yayılması, narkotik vasitələrin saxlanılması və istifadəsi, mütəşəkkil şəkildə qanunsuz bilet alveri və dələduzluqda ittiham olunur.
Şirinlə bağlı araşdırma İstanbul Baş Prokurorluğunun Qanunsuz Mərc və İdman Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılır.

https://qelebe.az//uploads/photo/ultraslan-lideri-saxlanilib.webp