FİFA dünya çempionatının bəzi hüquqlarının satılması ilə bağlı plandan imtina edib, üzr istəyib

FİFA dünya çempionatının bəzi hüquqlarının satılması ilə bağlı plandan imtina edib, üzr istəyib

FİFA dünya çempionatının bəzi hüquqlarının satılması ilə bağlı plandan imtinaya dair rəsmi açıqlama yayıb.

QELEBE.AZ xəbər verir ki, ali futbol qurumu layihənin dayandırıldığını və yaranmış vəziyyətə görə üzr istədiyini bildirib.

FİFA-nın prezidenti Canni İnfantino və baş katib Mattias Qrafström tərəfindən təşkilatın Şurasının üzvlərinə göndərilən məktubda qeyd olunub ki, federasiya gələcəkdə bu cür məsələlərdə prosesləri təkmilləşdirəcək: “Artıq məlumdur ki, FİFA üzvləri və Şura tərəfindən təsdiqlənməli olan təklif hazırda nəzərdən keçirilmir. Layihənin bağlanması ilə əlaqədar FİFA öz dürüstlüyünə, düzgün idarəetmə prinsiplərinə və müəyyən edilmiş prosedurlara əməl etməsinə qarşı hər hansı hücumları qəbul etməyəcək.

Səhvlərə yol verilsə də, görülən bütün işlər FİFA-nın normativ-hüquqi bazasına tam uyğun həyata keçirilib. Bu təcrübədən nəticə çıxararaq proseslərimizi təkmilləşdirməyə davam edəcəyik”.

Qurum, həmçinin, "FIFA Forward" proqramı çərçivəsində futbolun inkişafını dəstəkləmək imkanlarını araşdıracağını açıqlayıb.

Qeyd edək ki, FİFA-nın dünya çempionatının yayım hüquqlarının satışı üçün yeni kommersiya strukturu – “FIFA Forward Enterprise” (FFE) yaratmaq planı ortaya çıxmışdı. Lakin UEFA-ya üzv ölkələrin mümkün boykotu və konfederasiyaların sərt tənqidindən sonra Canni İnfantino bu ideyadan geri çəkilmişdi.

Bundan əlavə, FİFA prezidenti yaranmış vəziyyətlə bağlı Şura üzvlərindən yazılı şəkildə üzr istəyib.

Futbol
Musa Qurbanlı Polşa klubuna keçə bilər

Musa Qurbanlı Polşa klubuna keçə bilər

Futbol
Almaniyalı futbolçu: “Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Almaniyalı futbolçu: “Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Futbol
AFFA-nın yubileyinə həsr olunmuş yoldaşlıq oyununda 10 qol vurulub

AFFA-nın yubileyinə həsr olunmuş yoldaşlıq oyununda 10 qol vurulub

Futbol
Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Futbol
"Qarabağ"ın 42 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

"Qarabağ"ın 42 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

Futbol
"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

Futbol
“Sabah” klubunun heyətində ilk dəfə bir futbolçu het-trik edib

“Sabah” klubunun heyətində ilk dəfə bir futbolçu het-trik edib

Futbol
"Çelsi" yeni baş məşqçisini açıqlayıb

"Çelsi" yeni baş məşqçisini açıqlayıb

Futbol
Çempionlar Liqası: "Bavariya"dan darmadağın, "Marsel" ilk qələbəsini qazanıb

Çempionlar Liqası: "Bavariya"dan darmadağın, "Marsel" ilk qələbəsini qazanıb

Futbol
Futbolda növbəti erməni təxribatı: AFFA UEFA və FIGC-ə müraciət edəcək

Futbolda növbəti erməni təxribatı: AFFA UEFA və FIGC-ə müraciət edəcək

Futbol
Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Futbol
Renat Dadaşov: "Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm"

Renat Dadaşov: "Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm"