UEFA Konqresi Astanada keçiriləcək
2027-ci ildə keçiriləcək UEFA-nın 51-ci Konqresinə Qazaxıstanın paytaxtı Astana ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, tədbir aprelin 22-də təşkil olunacaq.
Konqresin gündəliyinə UEFA prezidentinin, eləcə də UEFA İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi məsələsi daxil edilib.
UEFA Konqresi qurumun ən yüksək idarəetmə və qanunvericilik orqanıdır. Tədbirdə UEFA-ya üzv olan 55 milli futbol assosiasiyasının nümayəndələri, UEFA prezidenti, İcraiyyə Komitəsinin üzvləri, həmçinin FIFA, Avropa liqaları, klub assosiasiyaları və beynəlxalq idman təşkilatlarının təmsilçiləri iştirak edəcəklər.
Qeyd edək ki, konqresin təşkili ilə bağlı bütün xərclər UEFA tərəfindən qarşılanacaq.

https://qelebe.az//uploads/photo/uefa-konqresi-astanada-kechirilecek.webp