“Bayer”dən icarə - Faye “Selta”ya keçdi
Almaniyanın “Bayer” klubu seneqallı müdafiəçisi Abdoulaye Fayeni İspaniya təmsilçisi “Selta”ya icarəyə göndərib.
QELEBE.AZ xəbər verir ki, 21 yaşlı futbolçu 2026/2027 mövsümünün sonunadək La Liqa klubunda çıxış edəcək. İcarə müqaviləsində satınalma hüququ nəzərdə tutulmayıb.
“Bayer” Fayeni 2025-ci ilin yayında İsveçin “Hakken” klubundan transfer etmişdi. O, ötən mövsümü Fransanın “Loryan” komandasında icarədə keçirib.
Seneqallı mərkəz müdafiəçisi 2025/2026 mövsümündə Liqa 1-də 17 oyunda meydana çıxıb.

https://qelebe.az//uploads/photo/bayerden-icare-faye-seltaya-kechdi.webp