Voleybolçularımız Latviya və Belarus yığmaları ilə üz-üzə gələcəklər
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda keçir.
QELEBE.AZ xəbər verir ki, yığmanın Bakıdakı təlim-məşq toplanışında Latviya və Belarus seçmələri ilə yoxlama oyunları keçirməsi də planlaşdırılır.
Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları Bakıda təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.
Oyunlar avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında keçiriləcək.

https://qelebe.az//uploads/photo/voleybolchularimiz-latviya-ve-belarus-yigmalari-ile-uz-uze-gelecekler.webp