Voleybolçularımız Latviya və Belarus yığmaları ilə qarşılaşacaqlar

Voleybolçularımız Latviya və Belarus yığmaları ilə qarşılaşacaqlar

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda keçir.

Apasport.az xəbər verir ki, yığmanın Bakıdakı təlim-məşq toplanışında Latviya və Belarus seçmələri ilə yoxlama oyunları keçirməsi də planlaşdırılır.

Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları Bakıda təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.

Oyunlar avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında keçiriləcək.