U-17 DÇ: Tunar Həsənov 1/4 finalda dayandı
Azərbaycanın sərbəst güləşçisi Tunar Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında 1/4 final mərhələsində məğlub olub.
QELEBE.AZ xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı Gürcüstan təmsilçisi Luka Dotiaşviliyə 4:5 hesabı ilə uduzub.
Tunar Həsənov 1/8 finalda bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qelebe.az//uploads/photo/u-17-dch-tunar-hesenov-14-finalda-dayandi.webp