Nihad Süleymanlıdan inamlı qələbə – 1/4 finala yüksəldi
Azərbaycanın sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda keçirilən U-17 dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
QELEBE.AZ xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Qırğızıstan təmsilçisi Ali Zakirjanovu 10:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qelebe.az//uploads/photo/nihad-suleymanlidan-inamli-qelebe-14-finala-yukseldi.webp