Hüseyn Rzazadə mundiala məğlubiyyətlə başladı – İlk görüşdə uduzdu
Azərbaycanın sərbəst güləşçisi Hüseyn Rzazadə Bakıda keçirilən U-17 dünya çempionatında mübarizəyə erkən əlvida edib.
QELEBE.AZ xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Hindistan təmsilçisi Aaryan Aaryana 5:6 hesabı ilə məğlub olub.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qelebe.az//uploads/photo/huseyn-rzazade-mundiala-meglubiyyetle-bashladi-ilk-gorushde-uduzdu.webp