Güləşçimiz DÇ-də mübarizəni dayandırdı - Təsəlliverici görüşdə məğlub oldu
Azərbaycanın sərbəst güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatında mübarizəni başa vurub.
Apasport.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici görüşdə Macarıstan təmsilçisi Mariya Jitovozaya 0:2 hesabı ilə uduzub. Bununla da Bayramova dünya çempionatında çıxışını başa vurub.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qelebe.az//uploads/photo/guleshchimiz-dch-de-mubarizeni-dayandirdi-teselliverici-gorushde-meglub-oldu.webp