Dünya Çempionatı: Daha bir güləşçimiz ilk görüşdə məğlub oldu
Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Abbas Şəfiyev mübarizəyə məğlubiyyətlə başlayıb.
Apasport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində Qazaxıstan təmsilçisi Temirlan Murata 1:5 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qelebe.az//uploads/photo/dunya-chempionati-daha-bir-guleshchimiz-ilk-gorushde-meglub-oldu.webp