Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
"Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi".
Apasport.az xəbər verir ki, bunu "Qalatasaray"ın qapıçısı Uğurcan Çakır deyib.
Türkiyə millisinin üzvü uzun illər formasını geyindiyi klubdan ayrılmağın onun üçün emosional qərar olduğunu bildirib:
"Bu, çətin və emosional qərar idi. Çünki uzun illər "Trabzonspor"da çıxış etmişəm. Amma bəzi şeyləri sübut etmək üçün bura gəlməli olduğumu düşündüm. "Qalatasaray" da məni istəyəndə burada olub onlarla böyük uğurlar qazanmaq istədim. Buna görə də ən çətin qərarımın bu olduğunu deyə bilərəm".
31 yaşlı qolkiper gələcəkdə kapitan sarğısını daşımaq istədiyini gizlətməyib:
"Qalatasaray" çox böyük klubdur. Çox yaxşı kapitanlarımız var. Abdülkerim və İkardi burada mənə çox kömək etdilər. Kaan Ayhan da var. Klub məni buna layiq görsə, kapitan olmaq istərəm. Amma hazırda çox yaxşı kapitanlarımız var".
Uğurcan Çakır 2026-cı il dünya çempionatındakı uğursuz çıxışa da toxunub:
"Dünya çempionatı həm mənim, həm də komandamız üçün yaxşı keçmədi. Nəticələrdən çox, xalqımızı sevindirə bilmədiyimizə görə kədərlənirəm. Məni məyus edən yeganə məqam budur".

https://qelebe.az//uploads/photo/ugurcan-chakir-quoten-chetin-qerarim-quottrabzonsporquotdan-ayrilmaq-idiquot.webp