Dünya Çempionatı: Əli Cavadlı yarımfinalda
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında ikinci görüşündə də qələbə qazanıb.
Apasport.az xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən güləşçimiz gürcüstanlı Luka Bolkvadzeyə tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəldi.
Əli daha əvvəl təsnifat mərhələsində Bolqarıstan təmsilçisi Oqnyan Burqazovu da 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmişdi.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qelebe.az//uploads/photo/dunya-chempionati-eli-cavadli-yarimfinalda.webp