Abdulrəhman Hüseynli U-17 dünya çempionatına inamlı qələbə ilə başladı
Azərbaycanın yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
QELEBE.AZ xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən idmançımız təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolunu 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qelebe.az//uploads/photo/abdulrehman-huseynli-u-17-dunya-chempionatina-inamli-qelebe-ile-bashladi.webp