Elşən Çərkəzov dünya çempionatına qələbə ilə başladı
Azərbaycanın yunan-Roma güləşçisi Elşən Çərkəzov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
QELEBE.AZ xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən güləşçimiz təsnifat mərhələsində Qazaxıstan təmsilçisi Nurali Askarı 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qelebe.az//uploads/photo/elshen-cherkezov-dunya-chempionatina-qelebe-ile-bashladi.webp